Dumanlı hava yol qəzasına səbəb olub – Ölən və yaralananlar var (VİDEO)

Dərc olunub: 21/01/2019 - 12:48

c6b50cdc-5a3e-4dce-95ba-fe655435914bDumanlı hava yol-nəqliyyat hadisəsinə səbəb olub.

“Report”un Dağlıq Şirvan bürosu xəbər verir ki, hadisə səhər saatlarında Bakı-Şamaxı-Yevlax yolunun 188 kilometrliyində Göyçay rayonunun Şahsoltanlı kəndi yaxınlığında qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ-2106″ markalı 06-BC-957 dövlət qeydiyyat nişanlı avtomobil “Ford” markalı yük avtomobili ilə toqquşub.

Hadisə nəticəsində Ağsu rayon sakinləri, 1966-cı il təvəllüdlü Ziyad Əmrah oğlu Vəliyev, 1973 il təvəllüdlü Mehman Cavadov, 1970 il təvəllüdlü Bünyad Əli oğlu Qaçayev, Göyçay rayon sakinləri, 1992 il təvəllüdlü Qinyaz Vaqif oğlu Məmmədov, Rəşad Faiq oğlu Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Yaralılardan biri, Mehman Cavadov yerləşdirldiyi xəstəxanada ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.








loading...


Fikrinizi bildirin