Yaponiya İrandan neft idxalını bərpa edib

Dərc olunub: 21/01/2019 - 13:56

oil_rig_251215Çin, Cənubi Koreya, Hindistan, Türkiyə kimi, Yaponiya da İrandan neft idxalını bərpa edib.

“Report” “İrNA”ya istinadən xəbər verir ki, bu barədə İran Mərkəz Bankının rəhbəri Əbdülnasir Hemməti bildirib.

O deyib: “Karbohidrogen satışından yeni gəlirlər tədricən ölkə iqtisadiyyatına daxil olacaq”.

Bank rəhbəri eyni zamanda ixracatşı şirkətlərlə imzaladıqları sazişlər nəticəsində ölkənin qeyri-neft ixracatının da artacağını söyləyib.

Xatırladaq ki, 2018-ci il noyabrın 5-də ABŞ-ın İran neft sektoruna sanksiyaları qüvvəyə minib. ABŞ Maliyyə Nazirliyinə görə, İranın cəmi 700-dən çox fiziki və hüquqi şəxsinə, o cümlədən gəmi və təyyarələrinə qarşı tətbiq edilən sanksiyalardan Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Tayvan (Chinese Taipei), Türkiyə, Yunanıstan, İtaliya möhlət alıb.








loading...


Fikrinizi bildirin