«Onlar cinayətkarlığı və narkotikləri görmürlər...» - Tramp

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp bəyan edib ki, demokratlar (ABŞ Demokrat partiyasının təmsilçiləri - red.) hökumətin işinin bərpası barədə onun təklifini hələ təklif səslənməzdən əvvəl rədd ediblər.

Onun sözlərinə görə, Nümayəndələr Palatasının spikeri, demokrat Nensi Pelosi öz nəticələrini yalnız KİV-də dərc olunmuş materiallar əsasında çıxarıb.

Tramp demokratları tənqid atəşinə tutaraq, bildirib ki, onlar yalnız 2020-ci ildə keçiriləcək prezident seçkiləri barədə düşünürlər.

«Nensi Pelosi və bəzi digər demokratlar mənim dünənki təklifimi hələ təklif səslənməmişdən əvvəl rədd ediblər. Onlar cinayətkarlığı və narkotikləri görmürlər - yalnız uda bilməyəcəkləri 2020-ci ili görürlər» - Tramp «Tvitter» də yazıb.

Tramp həm də Nensini «rabikal demokrat» adlandırıb və irrassional fəaliyyət göstərməkdə, partiyadaşlarına nəzarət edə bilməməkdə süçlayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar