Bakıda karate üzrə beynəlxalq yarış başa çatıb - FOTOLAR

Bakı İdman Sarayında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan ənənəvi “Arpaçay Open” beynəlxalq karate turniri başa çatıb.Turnirdə Azərbaycan komandası ilə yanaşı, Türkiyə, Rusiya, ABŞ, Gürcüstan, İran, İsrail, Özbəkistan, Qazaxıstan, Ukrayna və Çexiyadan 1100-dək idmançı iştirak edib.

6-17 yaşlı uşaqlar, yeniyetmə və gənclər fərdi kata və müxttəlif çəkilərdə kumite, eləcə də komanda kumite yarışlarında mübarizə aparıb.

Açılış mərasimində Azərbaycanın Dövlət himni səsləndirilib, 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən Azərbaycan Mİlli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov qeyd edib ki, “Arpaçay Open” beynəlxalq turniri Bakıda artıq üçüncü dəfədir keçirilir: “İdman ölkəsi olan Azərbaycanda karatenin yüksək səviyyədə inkişafını xüsusi vurğulamaq istəyirəm. Böyük fəxrlə qeyd edərdim ki, karatenin Olimpiya Oyunlarının proqramına daxil edilməsində Azərbaycanın xüsusi rolu olub. Məhz karatenin Birinci Avropa Oyunlarında təmsil olunması onun Olimpiya proqramına salınması üçün bir təkan oldu. Dünyanın bir nömrəli karateçisi, beşqat dünya, on qat Avropa çempionu Rafael Ağayevdir. Bununla hər birimiz fəxr edə bilərik. Sevindirici haldır ki, turnirin nüfuzu getdikcə yüksəlir”.

Daha sonra çıxış edən ikiqat dünya çempionu Füzuli Musayev, Federasiyanın baş katibi Mirhəsən Seyidov, Gürcüstan Karate Federasiyasının prezidenti Kaxa Basilia, Beynəlxalq Şotokan Kombat Karate Federasiyasının prezidenti Viktor Rabayev və başqaları karatenin inkişafında turnirin əhəmiyyətini qeyd ediblər. Bildiriblər ki, yarışın yüksək səviyyədə keçməsi üçün hər bir şərait yaradılıb.

Ümumi nəticədə birinci yeri “Qara Qaplan” idman klubunun (11 qızıl, 13 gümüş, 20 bürünc medal) karateçiləri tutublar. “Arpaçay” idman klubunun üzvləri (11 qızıl, 10 gümüş, 9 bürünc) turniri ikinci, 8 qızıl, 2 gümüş və 3 bürünc medal qazanan “SKİF AZERBAIJAN” klubunun yetirmələri (8 qızıl, 2 gümüş, 3 bürünc medal) isə üçüncü pilləni tutublar.

Turnir Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Karate Federasiyasının dəstəyi və “Arpaçay” karate klubunun təşkilatçılığı ilə keçirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar