Suriyada ABŞ hərbçilərinə hücum - 5 nəfər ölüb

Suriyada ABŞ və terrorçu PKK/PYD-YPG hərbi konvoyuna hücum nəticəsində 5 nəfər ölüb.

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, məlumatı “France Press” yayıb.

Hadisə Suriyanın əl-Hasake əyalətində, Habur çayı yaxınlığında baş verib.

Bildirilib ki, ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın hərbi patrulunun terrorçu PKK/YPG-PYD qruplaşmasnın qurduğu məntəqəyə keçidi zamanı minalanmış avtomobillə hücum olub.

Partlayış nəticəsində 5 nəfər ölüb, yaralılar da var.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar