Nəhəng asteroid yerə yaxınlaşır! – «Hər iki halda Yer sakinlərinin böyük qismi məhv olacaq»

Dərc olunub: 21/01/2019 - 20:50

yerƏn pis proqnoza görə, bəşəriyyətin yaşaması üçün cəmi 49 il qalır

«Apofis» adlı asteroid Yerə doğru uçur. 2068-ci ildə o, Yerlə toqquşa bilər. Belə nəticə Peterburq Dövlət Universitetinin səma mexanikası kafedrasının hazırladığı hesabatda yer alıb.

Alimlərin məlumatına görə, 13 aprel 2029-cu il tarixində asteroid Yerə təhlükəli həddə qədər – 38 min kilometr məsafəyə qədər yaxınlaşacaq ki, bu da Aya olan məsafədən 10 dəfə azdır. Bu yaxınlaşma nəzarət oluna bilməyəcək nəticələrə səbəb olacaq – «Apofis» dövri olaraq Yerə yaxınlaşacaq: 2044-cü, 2051-ci, 2060-cı illərdə. Nəhayət, 2068-ci ildə o, Yerlə toqquşacaq.

Nəhəng asteroidin planetlə toqquşması dağıdıcı nəticələrə gətirib çıxaracaq ki, bunu dinozavrların məhv olması dövrü ilə müqayisə etmək olar.

İki ssenari var. Biri belədir ki, «Apofis» Yerin quru hissəsinə düşəcək və güclü partlayışa və zəlzələyə səbəb olacaq.

Tüstü dumanı havaya qalxacaq və uzun illər ərzində Günəş şualarının qarşısını kəsəcək. Toqquşmanın enerjisi 1 min 717 meqaton, yaranacaq kraterin diametri isə 5,97 kilometr təşkil edəcək.

İkinci ssenariyə görə, nəhəng asteroid Yerin su hissəsinə çırpılaraq, nəhəng sunamiyə səbəb olacaq. Bütün planetdə dünya okeanının səviyyəsi qalxacaq.

Hər iki halda Yer sakinlərinin böyük qismi məhv olacaq.

Hazırda bəşəriyyətin bu toqquşmadan qaçmaq üçün heç bir imkanı yoxdur. Amma mümkündür ki, belə texnologiyalar gələcəkdə meydana gəlsin.

Asteroidin Yerlə toqquşmaq imkanı barədə NASA alimləri də xəbərdarlıq edirlər.

«Apofis» asteroidi 2004-cü ildə aşkarlanıb və qədim Misirin şər və dağıntı Allahın adı ilə adlandırılıb.












loading...


Fikrinizi bildirin