Kürdlər indi də Suriyada muxtariyyət istəyirlər - Əsədə müraciət edəcəklər

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Suriya kürdləri Suriya respublikası ərazisində kürd muxtariyyəti formalaşdırmaq məqsədilə prezident Bəşər Əsədə müraciət etməyi planlayırlar. Bu barədə «The Times» nəşri xəbər verib.

Nəşrin məlumatına görə, kürd «Demokratik ittifaq» partiyası (PYD) ABŞ ordusunun ərazidən çıxarılmasından sonra, Türkiyə tərəfdən ola biləcək hücumlardan ehtiyatlanaraq, Rusiyadan Suriya hakimiyyəti ilə barışığın qarantı olmağı xahiş edib.

PYD liderləri sərhədyanı məntəqələri Suriya ordusunun nəzarətinə verməyə və hücumların qarşısının Suriya dövləti adından alınmasına hazır olduqları barədə xəbər veriblər.

Partiyanın liderləri ümid edirlər ki, Suriya hakimiyyəti xarici siyasətlə məşğul olacaq, muxtariyyət hökuməti isə daxili təhlükəsizlik, təhsil və vergi ödənişlərinin bölüşdürülməsi məsələlərinə nəzarət edəcək.

Türkiyə PYD və onun silahlı qanadı olan «Xalq özünümüdafiə dəstələri»ni (YPG) terrorçu struktur adlandırır. Bu zaman Suriyada kürd silahlı birlikləri ABŞ-la birgə «İslam dövləti» terrorçu qruplaşmasına qarşı mübarizə aparır.

Beləliklə, Türkiyəyə qarşı çox məkrli oyunlarda yenə kürdlər ABŞ-ın əlaltısı rolunda çıxış edirlər və eyni vaxtda ABŞ-ın «düşmən»i Bəşər Əsədlə ittifaqa girmək üçün çalışırlar, ABŞ isə bunu görməzliyə vurur...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar