DGK dekabrda büdcəyə ödənişləri azaldıb

Dərc olunub: 21/01/2019 - 17:05

gomruk-komitesi-2Ötən ilin dekabr ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 180983,6 min manat məbləğində vergi və rüsum daxil olub.

“Report”un DGK-nın statistik məlumatlarına əsasən, verdiyi məlumata görə, bu, 2017-ci ilin eyni dövrü ilə müqayisədə 44 396 min manat və yaxud 19,7% azdır.

Hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji ayı ilə müqayisədə 18 201,2 min manat və yaxud 24,6% azalaraq 55 704 min manat olub.

Həmçinin ƏDV üzrə daxilolmaların həcmi 15 841,2 min manat və yaxid 11,92% azalaraq 117 009 min manat, aksizlər 11 044,3 min manata və ya 3,39 dəfə azalaraq 4 630,4 min manat təşkil edib.

Ötən ilin son ayında yol vergisi üzrə daxilolmalar isə 690,7 min manat və ya 23,4% artaraq 3 640,2 min manat təşkil edib.

Xatırladaq ki, 2018-ci il ərzində DGK xətti ilə büdcə daxilolmaları 3 434 062 min. manat təşkil edib. Bu, 2017-ci ilin göstəriciləri ilə müqayisədə 825 282,39 min manat və yaxud 31,6% çoxdur.

Ötən il ərzində gömrük rüsumları üzrə daxilolmalar 176 276,46 min manat və yaxud 25% artaraq 883 150,80 min manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 567 594,76 min manat və yaxud 32% artaraq 2 340 784,50 min manat, aksizlər üzrə daxilolmalar 76 041,5 min manat və yaxud 81% artaraq 169 964,9 min manat, yol vergisi üzrə daxilolmalar isə 5 369,67 min manat və yaxud 15,4% artaraq 40 161,80 min manat olub.








loading...


Fikrinizi bildirin