«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiya dekabrın 23-də yeni raket əleyhinə müdafiə sistemini (RƏM) uğurla testləşdirib.
ABŞ kəşfiyyatına istinadla, bu barədə «CNBC News» kanalı xəbər verib.
İddia olunur ki, bu tip RƏM – «Nudol» düşmənin kosmosdakı fəaliyyətinə qarşı nəzərdə tutulub.
Raket 3 min kilometr məsafə qət edib və hədəfi vurub.
Bundan əvvəl Rusiya hərbçiləri RƏM sistemini 6 dəfə sınaqdan keçiriblər.