“Azər Türk Bank”ın mənfəəti kəskin azalıb

“Azər Türk Bank” ASC-nin aktivləri ötən il 9,9% artaraq bu il yanvarın 1-nə 368 307 min manat təşkil edib.

“Report” bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.

Hesabat dövründə "Azər-Türk Bank"ın kredit portfeli 38,4% artaraq 165 620 min manata yüksəlib.

İl ərzində Bankın cəmi öhdəlikləri illik 12,2% artaraq 314 839 min manat, o cümlədən müştəri hesabları 8,2% azalaraq 200 325 min manat olub.

Ötən ilin sonuna Bankın nizamnamə kapitalı 50 000 min manat, cəmi kapitalı isə 53 468 min manat təşkil edib.

2018-ci ildə "Azər-Türk Bank" 110 min manat mənfəət vergisi ödəyib və ili 169 min manat xalis mənfəətlə başa vurub. Xatırladaq ki, Bank 2017-ci ildən 1 144 min manat xalis mənfəətlə çıxmışdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar