PREZİDENT MEHMAN HÜSEYNOVLA BAĞLI TAPŞIRIQ VERDİ - Fuad Ələsgərov açıqladı

Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov hazırda cəza çəkən Mehman Hüseynovun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti ilə bağlı açıqlama verib.

AZƏRTAC-ın verdiyi məlumata görə, Fuad Ələsgərov deyib ki, Mehman Hüseynov 2019-cu il yanvarın 20-də Azərbaycan Respublikasının Prezidentinə müraciət edib. Müraciətdə o, barəsində aparılan istintaqın obyektivliyinin təmin edilməsi və ədalətli qərar qəbul olunması üçün Azərbaycan Respublikası Prezidentinin müdaxilə etməsini xahiş edib.

Bundan öncə, 2019-cu il yanvarın 18-də Mehman Hüseynovun məsələsi ilə əlaqədar bir qrup hüquq müdafiəçisi də Azərbaycan Respublikasının Prezidentinə müraciət ünvanlamışdır. Hüquq müdafiəçiləri baş vermiş insidentlə əlaqədar süni şəkildə ajiotaj yaradıldığını, yalan məlumatların yayıldığını, yanlış ictimai rəy formalaşdırmağa cəhdlər edildiyini qeyd etmiş, Azərbaycan Respublikası Prezidentinin yüksək humanizm prinsipinə daim sadiqliyini xüsusi vurğulayaraq, Mehman Hüseynovun barəsində də mərhəmət göstərilməsini xahiş etmişlər.

"Müraciətlər Azərbaycan Respublikası Prezidentinin diqqətinə çatdırılıb və cənab Prezident bu müraciətlərə dərhal reaksiya verib. Möhtərəm Prezident məhkumun gənc olmasını, artıq iki ilə yaxın cəza çəkdiyini, ailə vəziyyətini və atasının yaşlı olduğunu nəzərə alaraq, Mehman Hüseynovun işində humanizm prinsipinin önə çəkilməsini, araşdırmanın obyektiv və ədalətli olması üçün qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlərin görülməsini Azərbaycan Respublikasının Baş prokuroruna tövsiyə edib. Eyni zamanda, cənab Prezident hadisənin iştirakçılarını barışığa doğru addımlar atmağa dəvət edib" - deyə Fuad Ələsgərov bildirib. 

Mehman Hüseynovla bağlı əvvəllər də humanist yanaşmanın şahidi olmuşuq. Belə ki, o, cəza çəkdiyi müddətdə ağır xəstəlikdən sonra vəfat etmiş anasının yas mərasimində iştirak etməyə buraxılmışdır.

Azərbaycan Respublikasının Prezidenti hər zaman bu cür müraciətlərə həssaslıqla yanaşır, öz fəaliyyətində daim ədalət və humanizm prinsiplərini rəhbər tutur və bütün dövlət məmurlarından da eyni yanaşmanı tələb edir. Həmin siyasətin təzahürü kimi onlarla amnistiya aktlarını, əfv haqqında sərəncamları göstərmək olar. Cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı cənab Prezidentin son təşəbbüsləri minlərlə məhkumun azadlığa çıxmasına zəmin yaratmışdır.

635x100

Şərhlər

sabir 2019-01-21 19:50:20

Bu yazıanlardan belə nəticəyə kəlmək olar ki,Azərbaycan Avropa Şurasında gərək tənqid ediləydi,yanvarın 19-da mitinq olaydı,sonra Mehman haqında müsbət qərar verərdilər.

Ayaz 2019-01-21 19:50:20

Cemsid m. ogluna Allahdan rehmet dileyirem.Deyerli Elooglumuzdur.Elbette manaf ve qeyri harinlasmishlari qanun qarsisisinda cavab vermalidirlar.Eger mufafiq qurumlar bunlari etmayacaksa Allahin qezebine ducar olacaqlar.Cemsid dostumuza ise sebr dileyirem

Cəmşid Dərələyəzli 2019-01-21 19:50:20

Maraqlıdı. Gənc bir fotoqrafı tutub, bunca beynəlxalq aləmdə səs küyə səbəb olmağa dəyırdimi. Bizim Baş Prokrorluq nə zamana kimi, ittiham aktlarını araşdırmadan, işə qoyulan dəlilləri süzgəcdən keçirmədən onlara imza atacaq. Oğlumun itgisində bu qurumu daha yaxından tanıdım. Baş prokrorluqda ittham aktına qol çəkən prokrorun üzünə nələr dedim, daşdan səs çıxdı, ondan çıxmadı. Çünki, ittiham aktında dəlildən başqa hər nağıl yazılmışdı. Bu nədəndir ki, iki il beş aydı məsələ ilə bağlı Baş Prokrora yüzlərlə müraciət etmişəm, bir dəfə olsun tərəfindən qəbul olunmamışam. Hadisəni törədənlər (Manaf Manafov və digərləri) isə Pirallahının başçısı Vasif İmanov tərəfindən çətir altı saxlanılırlar. Bir daha sual edirəm nədir sizi susduran. Qərbi demirəm, heç olmasa qardaş Türküyənin savçılarınadamı baxmadınız. Biz hüquqlarımızın keşiyini kimə həvalə edək. Onudamı cənab Prezidentə. Sadəcə utanc verici. Hər işlə Cənab Prezident məşqul olacaqdısa onda büdcəni sümürən bunca qurumlar nəyə lazım idi.. Qısacası, dəyərdimi ölkə başçısının gördüyü bunca işlərə kölgə düşürməyə.

Bashirov Qarib 2019-01-21 19:50:20

Bəs bu qədər həngaməni törədən,cəmiyyətdə gərginlik yaradan,Aİ olkələrində nufuzumuzun açagı duşməsinə səbəb olan,bu hadisələrdə gunahkar olanlar cəzalanmayacaqlar? Bunun uçundəmi bir mitinq edilməlidir?

Son yazılar