Maykl Pompeo “Mahan Air”ə qarşı sanksiyaların genişləndirilməsinə çağırıb

ABŞ-ın dövlət katibi Maykl Pompeo İranın “Mahan Air” şirkətinə Almaniya hava limanlarına reyslər həyata keçirməyi qadağan edən bu ölkənin Nəqliyyat və Rəqəmli İnfrastruktur Nazirliyinin qərarını alqışladıqlarını deyərək başqa müttəfiqləri də eyni addımı atmağa çağırıb.

“Report” xəbər verir ki, M.Pompeo “Twitter”dəki səhifəsində sözügedən hava nəqliyyatı şirkətinin Yaxın Şərqdə silah və hərbçiləri daşıyaraq İranın bölgədə sabitliyə xələl gətirən səylərini dəstəklədiyini bildirib.

Xatırladaq ki, bir qədər əvvəl Almaniya hökuməti təhlükəsizliyi təmin etmək zərurətini əsas gətirərək “Mahan Air”ə ölkə hava limanlarını bağladıqlarını açıqlamışdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar