Səudiyyə Ərəbistanı neft hasilatına görə ikinci sıraya yüksəlib

Dərc olunub: 21/01/2019 - 20:32

neft_quyusuÖtən ilin noyabr ayında gündəlik neft hasilatına görə Səudiyyə Ərəbistanı dünyada ikinci yerə yüksəlib, Rusiya isə üçüncü yerədək geriləyib.

“Report” xəbər verir ki, Birgə Təşkilatların Məlumat Təşəbbüsü (JODİ – Joint Organizations Data İnitiative) adlı təşkilatın yaydığı məlumata görə, birinci yerdə qərarlaşan ABŞ-da gündəlik hasilat ötən ilin noyabr ayında 11.693 min barel, Səudiyyə Ərəbistanında 11.093 min barel, Rusiyada 10.279 min barel olub.

Ötən ilin noyabr ayında oktyabra nisbətən ABŞ-da hasilat həcmi 1,35 faiz, Səudiyyə Ərəbistanında isə 4,34 faiz artdığı halda, Rusiyada 0,18 faiz azalıb.

Sözügedən müddət ərzində ABŞ neft ixracatını 3,6 faiz artıraraq gündəlik 2,411 milyon barelə, Səudiyyə Ərəbistanı 6,9 faiz artıraraq 8,235 milyon barelə çatdırıb. Rusiyanın oktyabr ayında gündəlik 5,22 milyon, sentyabr ayında 5,296 milyon barel neft ixrac etdiyi bildirilir.

ABŞ neftayırma müəssisələrində neft emalı 4 faiz artaraq gündəlik 17.071 min barelə, Səudiyyə Ərəbistanında 0,7 faiz artaraq 2.836 min barelə, Rusiyada 4,8 faiz artaraq 5.919 min barelə çatdırılıb.








loading...


Fikrinizi bildirin