HÖKUMƏT SEÇKİYƏ HAZIRLAŞIR! – Dövlət büdcəsində seçkiyə vəsait ayrılıb

Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ehtimalı bir qədər də artıb.

“AzPolitika.info”nun məlumatına görə, 2019-cu ilin dövlət büdcəsində də buna açıq işarə var. Belə ki, iqtisadçı Qubad İbadoğlu bu il seçki və referendum üçün dövlət büdcəsində 90,9 milyon manat nəzərdə tutulduğunu açıqlayıb.

Q.İbadoğlu mövzuya dair “Facebook” statusunda yazır: “2019-cu dövlət büdcəsində başqa kateqoriyalara aid edilməyən ümumi dövlət xidməti (ölkədə müxtəlif seçkilərin, referendumların keçirilməsi, dairə və məntəqə seçki komissiyalarının saxlanılması, seçici siyahılarının dəqiqləşdirilməsi, statistika sistemində islahatların aparılması və s.) xərcləri üçün 90,9 milyon manat vəsait nəzərdə tutulub. Bu isə o deməkdir, hakimiyyət bu il üçün yenidən seçki və referendum keçirmək niyyətindədir”.

Qeyd edək ki, bu il – dekabrın 27-də Azərbaycanda növbəti bələdiyyə seçkilərinin keçiriləcəyi məlumdur. Lakin 2019-cu ilin dövlət büdcəsində seçkilər və referendum üçün 90 milyon manatdan artıq vəsait ayrılması 2 seçki olacağından xəbər verir. Çünki əvvəlki seçkilərin keçirilməsi üçün adətən 35-40 milyon manat vəsait xərclənib.

Hökumətin seçki hazırlığı içində olduğunu göstərən digər məlumat və faktlar da var.

Rasim ƏLİYEV

AzPolitika.info

635x100

Şərhlər

Nadir Şəfiyev 2019-01-21 21:21:16

Azərbaycanda seçki keçirmək üçün ilkin olaraq seçki məcəlləsi sivil qaydalara uyğunlaşdırılmalı,namizədlər siyahi ilə yox,əmək kollektivlərinin təqdimatı ilə müəyyənləşməli,seçkidə şəxslər namizədliyini verməli,yalan imza toplanmasına yol verilməməli, Komissiyalarda millətin bütüntəbəqəsinin nümayəndəsi olmalı,(Məzahir uzaqlaşdırılmalı)Hər kəs özünü müəyyənləşdirilmiş qaydada namizəd kimi irəli sürmə hüququna malik olmalıdır.Seçkiyə nəzarət isə bütün təbəqənin iştirakı ilə olmalı.Saf və real seçki !

Naxclvanll 2019-01-21 21:21:16

Qubat.bey.bu.seckini. müxalifet. kecirecekse. 100.faiz.eminemki.xalq. qelebe.. callb.yox.mazahir. kecirse.putinnen. lavrov.qelebe.calacaq

G M 2019-01-21 21:21:16

Seçki olduqca vacibdir.Bir şərtlə ki,zamanın tələblərinə cavab verən,əxlaqı və əqidəsi normal mütəxəsis gənclər seçkiyə cəlb olunsunlar.Demokratik əhvali-ruhiyəli mühit yarada biləcək çevik hərəkətləri tənzim edəcək qanunlar işləyib hazırlasınlar.Bölgə və regionlara nəzarət edə biləcək Deputatlar qrupu komisiyaları yaradılmalı və İH Başçılarının səlahiyətlərini Bələdiyələrə verən qanunlar toplusu hazırlanmalıdır ki köklü islahatlarla Ölkəni siyasi-iqtisadi böhrandan çıxarmaq mümkün olsun.

Vergi ödəyicisindən vətəndaşa cavab 2019-01-21 21:21:16

2019 -cu ilin 01 yanvarından 8000 manata qədər əmək haqqı alırsansa vergi tutulmur.(Neft sənayesindən başqa) Qaldı ki, 500 manatdan gəlir vergisi tutulmur, ancaq DSMF-na 38.50 tutulur ( hesablama bu qaydada aparılır 6+30+2.50) Ələ alınan məbləğ olacaq 461.50.

VƏTƏNDAŞ 2019-01-21 21:21:16

abuturiyentlər üçün sınaq imtahanı niyə20 manatdir.11 ci sinif uşaöı hardan gətirsin bu pulu .Heç olmasa 5 manat olsun .20 manat çoxdur.Onsuz da repetitorun yanina gedirlər.pultapa bilməyənlər getməsi bəs ?

VƏTƏNDAŞ 2019-01-21 21:21:16

maaşdan gəlir vergisini azaltmaq lazimdır.500 manata qədər maaşdan 14faiz əvəzinə10 faiz tutulmalıdır

miri 2019-01-21 21:21:16

"Odu dağıdıb, külü ilə oynayan"in "ev sahibi" olması mümkünsüzdur.

oxucu 2019-01-21 21:21:16

Parlament seçkiləri mütləqdir.Biznesmen deputatlardan canımız qurtarmalıdır.

Müfəttiş 2019-01-21 21:21:16

Deyəsən Hökumətimizdə belə hesab edirlər ki, belə quzubala deputatlarla cox da uzağa gedə bilməyəcəklər. Onlar artıq işlərini bitiriblər, lehinə səs verdikləri qərarlarla millətə əllərindən gələn pislikləri etdilər...

Pensiyaçı 2019-01-21 21:21:16

Seçkini neyneyirsiniz? Maaşlarını artırın.Millətin maaş,pensiyalarını cəmi 2.7 faiz artırırsınız (200-300 maaş alanların) ama deputatlarınkını 10 faiz (maaşları 2500-3500 manat ).O da hələ az olduğunu,deputata 8000 (səkkiz min) manat(250 % artım) verilməsini tələb edirlər.Belə düşüncə və tələb sahibi olanlar necə deputat olub? Belə halda hansı demokratiyadan,insan haqlarından,hummanistlikdən danışmaq olar?Bu sistemin vəziyətini sübut etmir? Ayıb və utandırıcı deyil?

Azərbaycan vətəndaşı 2019-01-21 21:21:16

Hansı srçkidən danışırsınız.Azərbaycanda secgi varki.

Son yazılar