Rusiya Avropa Şurasından çıxa biləcəyini bəyan etdi - XİN rəsmisindən açıqlama

Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko rəsmi Moskvanın Avropa Şurası ilə münasibətlərin müxtəlif variantlarını yenidən gözdən keçirə biləcəyini söyləyib.

Rusiya rəsmisinin bildirdiyinə əsasən Rusiya siyasi motivlərə görə ayrı-seçkiliyi qəbul edə bilməz. A.Qruşko həmin variantlardan birinin Avropa Şurasını tərk etmək olduğunu istisna etməyib. Onun sözlərinə görə, top hazırda Rusiya nümayəndə heyətini şuranın işindən kənarlaşdıran tərəfdədir.

Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) yeni seçilən sədri Lilian Mori Paskye isə Rusiya ilə siyasi dialoqun qurulmasının zəruriliyindən danışıb. Lakin bununla bərabər, xanım Paskye Avropa Şurasının şantaj obyektinə çevrilməsinə izn verməyəcəklərini də açıqlayıb. (musavat.com)

635x100

Şərhlər

Müfəttiş 2019-01-21 21:38:27

Rusiyanın bu qərarı coxları üçün göydəndüşmə olacaq, onlara da yol açılacaq...

Son yazılar