Mərakeşdə qırıcı təyyarə qəzaya uğrayıb

Dərc olunub: 21/01/2019 - 22:15

270309_res_01Mərakeşdə qırıcı təyyarə qəzaya uğrayıb.

“Report” xəbər verir ki, bu barədə ölkə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Hadisə ölkənin şimal bölgəsində təlim uçuşu zamanı qeydə alınıb.

Belə ki, “Mirage F1” tipli qırıcı təyyarə texniki nasazlıq səbəbindən qəzaya uğrayıb.

Hadisə zamanı zərərçəkən olmayıb, pilot da təyyarəni vaxtında tərk edə bilib.








loading...


Fikrinizi bildirin