BABƏK PROSPEKTİNDƏ YOL ÇÖKDÜ – Bir ay əvvəl istifadəyə verilmişdi + VİDEOLAR

Ötən ilin dekabr ayında istifadəyə verilən “Babək” prospektinin bir hissəsində çökmə baş verib.  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Modern.az-a hadisə ilə bağlı açıqlama verib.

O bildirib ki, çökmə 2-3 metrlik hissədə baş verib: “Hazırda əməkdaşlarımız ərazidədir. Deformasiyaya uğramış hissə bərpa olunur. Problemin hansı səbəbdən yarandığı araşdırılır”.

AAYDA rəsmisinin sözlərinə görə, çökməyə ilkin səbəb kimi yolun altından yenidənqurma zamanı çoxlu yeni kommunikasiya xətləri çəkilməsi ehtimal olunur.

Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə “Babək” prospektinin yenidənqurma işlərinə 2018-ci ilin dövlət büdcəsindən 20,1 milyon manat vəsait ayrılmışdı.

Eyni zamanda bildirək ki, həmin ərazidə təmir işləri aparılarkən yol kənarında yerləşən irili-xırdalı ticarət obyektlərinin sahibləri gəlirlərinin əhəmiyyətli dərəcədə aşağı düşməsindən şikayətlənirdi. Onlar iş yerlərinin həftələrlə iflic vəziyyətinə gəlməsindən narazılığını bildirirdi.

Yolun istifadəyə verilməsindən bir ay sonra çökməsi təmir işləri aparılarkən ciddi korrupsiyaya yol verildiyini düşünməyə əsas verir.  Avtomobil Yolları Dövlət Agentliyinin rəsmiləri isə  təmirdən sonra baş verən çökmələrə hər dəfə bir bəhanə tapmağa adət ediblər.  Fikrimizcə, Agentlikdədə ciddi islahatlara və araşdırmalara ehtiyac var. 

AzPolitika.info

635x100

Şərhlər

Babək 2019-01-22 00:02:04

Bunlar hamısı keçmiş nəqliyyat nazoiri Ziya Məmmədovun əməlinin nəticəsidir.

EJDER 2019-01-22 00:02:04

BU ANALOQU OLMAYAN HOKUMETIMIZIN EMEK DAR MUHENDISLERININ,ANALOQU OLMAYAN INKIWAFIMIZA TOVFELERIDI,LUKAWENKO CANI...BRAVO ,YENI MOLODES,CAVID MALLIM,SURRETT QATARINDAN MUQAYAT OLUN

Son yazılar