"Bəsdirin, yazıqdır bu camaat" -  “Space” TV-dən Sahil Babayevə müraciət

"Küçələrdə qalan qadına reaksiya verilmir”

“Space” TV-nin aparıcısı Amil Xəlil Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat katibi  Fazil Talıbonun fəaliyyətini tənqid edib.

Aparıcı bildirib ki, 1 aydır “Vasmoy” bazarında gecələyən Zibər Abbasova adlı yaşlı qadınla bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat katibi  Fazil Talıbova müraciət edib:“10 gündür F.Talıbova sözügedən yaşlı qadının sığınacaqda yerləşdirmək üçün müraciət edirəm. O, məni yola verir, bəzən də telefonumu açmır.

Halbuki, qadın “Space” TV-yə kömək məqsədilə müraciət edib və qocalar evinə yerləşdirilməsini istəyir. Hazırda ona ətrafda yaşayan insanlar baxır. Sağlam qadındır. Övladı yoxdur. Mən bir həftədən çoxdur bu xanım haqqında məlumat verirəm. Bu gün-sabah deyə-deyə uzadırlar. Adam ancaq tərifə işləyir deyəsən? Deyirlər ki, kimsəsizlər üçün nəzərdə tutulan sığınacağa lazımı sənədlər yığılmalıdır. Yığmışıq da, onların görməli olduğu işi də biz edirik. Halbuki, bu işi ƏSMN etməlidir. Mən əminəm ki, cənab nazirin bunlardan xəbəri yoxdur. Bu kimsəsizdirsə, bunun sənəd işini kim görməlidir? Dünən irad bildirmişəm bu gün mənə yazıb ki, "şantaj edirsən". Bəsdirində. Yazıqdır bu camaat. Yenə deyirəm, bu sənəd işini siz görməlisiz, biz deyil! Əminəm ki, Sahil Babayevin bunlardan xəbəri yoxdur”.

Aparıcı məsələ ilə bağlı Sahil Babayevə də müraciət edib: “Mən xahiş edirəm cənab nazirdən. Bu insanlar haqqında tədbir görsün. Prezidentimiz hər zaman deyir ki, məmurlar xalqa xidmət etməlidir". Mən onlara dedim ki, bəy, əgər qəbul etmirsinizsə, çəkilişdən sonra buraxıram qadını və deyirəm ki, bağışla biz sənə kömək edə bilmədik!

Əgər bu şantaj olsaydı biz də sənin kimi kresloda oturub "əşi" deyərdik!!!”.

Aparıcı Fazil Talıbovdan şikayət etdi:"Küçələrdə qalan qadına reaksiya verilmir”

Aparıcı Fazil Talıbovdan şikayət etdi:"Küçələrdə qalan qadına reaksiya verilmir”

635x100

Şərhlər

Amil Xəlilə 2019-01-22 00:27:26

Ay Amil Xəlil, bunun başı nə bişirə bilir ki, sən yazdıqlarını anlasın.Bir çuçela kimi qoyublar ora.Onun başı bişirən məsələ deyil.Görmürsən,bazarlarda qiymətlər 30-40% qalxıb,bu pensiyaları saxta Statistikaya spykənib 2.3 % artmasını söyləyir.Başqa ölkələrdə pensiyaçılar dünya turuna çıxır ( bunu xaricdə olanlar yaxşı bilir ) Bizdə isə pensiya bir həftə yaşama və kommunal xərclərə zorla çatır.Belə hesab kitabı olandan nə gözləyirsən?

Veteran 2019-01-22 00:27:26

Sahil Babeyev ona gore nazir teyin olunbdur ki, ozunden evvelkilerin atasina rehmet oxutdursun!

Elli 2019-01-22 00:27:26

danışanda ağzınıza çullu dovşan sığmır, amma işə gələndə hərəviz bir tərəfdə gizlənirsiniz. bu nazirlik xalqın sosial-müdafiəsi üçün yaradılıb, yalançı rəqəmlərlə xalqı aldatmaq üçün yox.zəhmət çəkin öhdənizə düşən işi görün.

t .ədalətə 2019-01-22 00:27:26

Adam olmaq üçün azərbaycanlı ya da müsəlman olmaq vacib deyil

EJDER 2019-01-22 00:27:26

HESAB EDIREM KI,BU ANALOQU OLMAYAN NAZIRIN TERCUMEYI HALINI BILMEK KIFAET EDERKI,...NE ISE,HAMISI BOW WEYDI.AHIL INSANLARIN AHI COXXX PIS OLUR.SERDAR CELALOQLU DUZ DEYIB ,AZERBAYCAN YALANLA IDARE OLUNUB,OLUNURDA,LUKAWENKO CANI

oxucu 2019-01-22 00:27:26

BU NAZİRLİYİN ƏRİZƏ VƏ ŞİKAYƏTLƏRƏ VAXTINDA BAXMAQLA İŞİ YOXDUR DEYƏSƏN.BELƏ HETSƏ KEÇMİŞ NAZİRLƏERİN ÖLÜLƏRİNƏ RƏHMƏT OXUYACAYIQ.BELƏ İŞLƏMƏK OLMAZ CƏNAB S.BABAYEV.BU İŞ METODU İLƏ ÇOX İRƏLİ GEDƏ BİLMƏSSİZ.

Fillosof 2019-01-22 00:27:26

Allaj bizim xalqimizi belelerinden qorusun! Birden bunu nazir qoysaydilar gor bu nadan neler ederdi!

Hörmətli Nazirə! 2019-01-22 00:27:26

Bismillahir-Rəhmanir-Rəhim. Əmək və əhalinin sosial müdafiəsi naziri hörmətli S.Babayev 10 ayda kargüzarlıq nizam-intizam yarada bilməyibsə (xüsüsi ilə Elektron kargüzarlıq )?Nədən danışmaq olar? Əfsuslar olsun ki, İndəyə kimi o şəxsi hikkəsinin əl kəçmir! . Bu müəllim yenə də başa düşmür ki, belə savadsız fəaliyyəti ilə ölkəni nazirliyi uçuruma aparır Ə.Ə.S.M.N-nin qeyri-obyektiv yanaşması nəticəsində əlillik verilməli olan insanlara əlillik verilməyib.Əvəzində minlərlə kasib təbəqələrə mənəvi işgəncələr verirlib.Dövlətdən narazı salıblar. Aparıcı bildirib ki, -1 aydır “Vasmoy” bazarında gecələyən Zibər Abbasova adlı yaşlı qadınla bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat katibi Fazil Talıbova müraciət edib:“10 gündür F.Talıbova sözügedən yaşlı qadının sığınacaqda yerləşdirmək üçün müraciət edirəm.Mənə elə gəlir ki,onun özünü bir gün orada gecələməyə məcbur etmək lazımdır!- Mənə yazıb ki, “şantaj edirsən”. Bəsdirində. Hörmətli nazir S.Babayeva 9 aydır ki, Mən 79 yaşl təqaütçi ,Qarabağ müharibəsinin veteranı və s... kimi Sizə şəxsən yazdığım 9 məktuba və açıq məktuba cavab verməyən bir nazirin başqa məmurlarından nə gözləmək olar-,Yazırsınız Sahil Babayevin bunlardan xəbəri yoxdur bu boş sözdür.Onun bunları bilmək vəzifə borcudur.Şərhdə oxucu yazır ki, Belə yaramaz qaniçən işçilərdən təmizlənməlidir nazirlik.

t.ədalət 2019-01-22 00:27:26

Azərbaycanlı ananın dərdinə o çarə etməz.Hansı məmurun beşiyi başında Azərbaycan dilində layla səslənməyibsə,o bizdən deyil. Qarışıq qanlı məmurların sayı artdıqca ərazilərimizin düşməndən azad edilməsi də,çətinləşir......

oxucu 2019-01-22 00:27:26

Sahil Babayev tabeliyində olan müəsisələrdə əməlli başlı trəmizləmə işləri aparmalıdirr Belə yaramaz.qaniçən işçilərdən təmizlənməlidir nazirlik.Hüquqi Şəxslərlə iş Departamenti 90% təmizlənməlidir. Burda səhlənkar,süründürməçi işçilər çoxluq təşkil edir. hansı şöbəyə yaxınlaşirsan səni başdan edirlər.

Son yazılar