Səfir Eleonora Hüseynova vəfat edib
Baxiş sayı:
Dərc olunub:
22/01/2019 - 09:13
Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri Eleonora Hüseynova vəfat edib.
“Report” xəbər verir ki, E.Hüseynova 72 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, E.Hüseynova 1947-ci ildə Bakı şəhərində anadan olub. O, 1994-2004 Azərbaycan Respublikasının Fransa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, 2004-2013-cü illərdə Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi olub. Vəfat edənə qədər fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsini daşıyırdı.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.