Çində ÜDM-in artım tempi minimuma düşüb – TRAMP

Dərc olunub: 22/01/2019 - 09:16

trampÇin iqtisadiyyatının artım tempi 1990-cı ildən bəri ABŞ-la ticarət mübahisələri və yeni siyasət səbəbindən ən aşağı göstəriciyə düşüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu iddianı Amerika prezidenti Donald Tramp bazar ertəsi “Twitter”də yazıb.

“Çin ABŞ-la ticarət münasibətlərində gərginlik və onun yeni siyasətinə görə 1990-cı ildən bəri ən aşağı iqtisadi göstəricilər nümayiş etdirir. Çin üçün nəhayət real sövdələşməyə nail olmağın və bu oyunlara son qoymağın xeyri var”, – deyə Amerika lideri bildirib.

Bazar ertəsi Çinin Dövlət Statistika İdarəsi 2018-ci il ərzində ölkə iqtisadiyyatının göstəricilərini açıqlayıb. Məlumatlara əsasən, ölkədə ÜDM-in artım tempi 6,6 faiz ləngiyib , bu da 1990-cı ildən bu yana ən aşağı göstəricidir.








loading...


Fikrinizi bildirin