Bakının 4 rayonunun yeni polis rəisləri kollektivə təqdim edilib

Bu gün Bakı Şəhər Baş Polis İdarəsində 2018-ci ilin yekunlarına həsr olunan əməliyyat müşavirəsi keçirilir.

“Report”un xəbərinə görə, müşavirədə Bakının 4 rayonuna yeni təyin olunan polis rəisləri kollektivə təqdim edilib.

Xatlrladaq ki, daxili işlər naziri Ramil Usubovun əmri ilə Vaqif Müslümov Nərimanov, İsfəndiyar Mehbalıyev Xəzər, Cavid Muradov Səbail, Cəmil Əmirov isə Yasamal rayonları üzrə polis idarələrinə rəis təyin ediliblər.

635x100

Şərhlər

İqtisadçı 2019-01-22 09:55:30

BUnun harası yeni təyinat olub? Əlcək dəyişməsi! Yerdəyişmə nə vaxtdan yeni təyinat sayılır?Aldatnaca! Biri bir rayonda.... yorulduqdan sonra başqa rayona dəyişir.Sanki Azərbaycanda kadr tapılmır.

Son yazılar