BANK 20 İLLİK DEPUTATIN VİLLASINI ƏLİNDƏN ALDI! - Külli miqdarda borc qarşılığında (FOTO)

İkinci, üçüncü, dördüncü və beşinci çağırış (20 ildir Milli Məclisdədir) Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Sosial Rifah Partiyasının sədri, bir neçə dəfə prezidentliyə namizəd olmuş Xanhüseyn Kazımlı “Yapı Kredi Bank Azərbaycan” QSC-yə borc müqabilində girov qoyulan Novxanıdakı villasından olub.

“Finans.az”ın əldə etdiyi məlumata əsasən, 26 fevral 2014-cü il tarixində “Yapı Kredi Bank Azərbaycan” QSC ilə üçüncü şəxs “Aqroflora” MMC arasında illik 12% olmaqla 36 ay müddətinə 400 000 manat məbləğində kreditin verilməsinə dair 137970/01 nömrəli kredit müqaviləsi bağlanıb. Kreditin təminatı olaraq deputata məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən ümumi sahəsi 301,5 kvadrat metr olan 332E nömrəli ev bankın xeyrinə yüklü edilib.

Bundan əlavə, həmin tarixdə bank ilə millət vəkilinin özü, Kazımov Dəyanət Qüdrət oğlu, Kazımova Əsli Xanhüseyn qızı arasında zaminlik müqavilələri bağlanıb.

Bundan sonra bank “Aqroflora” MMC-yə, deputata, Kazımov Dəyanət Qüdrət oğluna, Kazımova Əsli Xanhüseyn qızına və Kazımlı Samir Xanhüseyn oğluna qarşı “kredit borcunun, ona hesablanan faizlərin və dəbbə pulunun tutulması, tələbin ipoteka ilə yüklü edilən əmlaka yönəldilməsi və ipoteka predmetinin açıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edib.

Məhkəmə iddianı qismən təmin edib və cavabdehlərdən müştərək qaydada bankın xeyrinə cəmi 405 701,34 manat kredit borcunun tutulması, tələbin ipoteka predmeti olan 332E saylı evə yönəldilməsini, həmin mənzilin ilkin satış qiymətinin 700 000,00 manat məbləğində müəyyən edilərək açıq hərracda ixtisaslaşdırılmış müəssisə vasitəsilə satılmasını və onun satışından əldə edilən pul vəsaiti hesabına cavabdeh “Aqroflora” MMC-nin iddiaçı “Yapı Kredi Bank Azərbaycan” QSC-yə olan kredit borcunun ödənilməsini qət edib.

Beləliklə, 2 noyabr 2016-cı il tarixdə deputata məxsus ev ilkin satış qiyməti 700 000,00 manat olmaqla “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC tərəfindən hərraca çıxarılıb.

Birinci hərracın baş tutmaması səbəbindən təkrar hərrac (qanuna əsasən 45 təqvim günüdən gec olmayaraq) keçirilib və əmlakın ilkin satış qiyməti 15% daha aşağı göstərilib. Lakin təkrar hərracda da həmin əmlak satılmadığından hərrac baş tutmayıb. Bundan sonra 29 dekabr 2016-cı il tarixində, yəni birinci hərracın baş tutmadığının elan edildiyi tarixdən 57 təqvim günü sonra üçüncü hərrac keçirilib, bu hərracın nəticələri haqqında Y-13 saylı yekun protokol tərtib edilib və Xanhüseyn Kazımlıya məxsus Novxanı kəndindəki 332E saylı evin 446 250,00 manata “Yapı Kredi Bank Azərbaycan” QSC tərəfindən alınmasına dair alqı-satqı müqaviləsi bağlanıb.

Bundan sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi idarəsi tərəfindən “Yapı Kredi Bank Azərbaycan” QSC-nin mülkiyyət hüququnu təsdiq edən Çıxarış verilib.

Millət vəkili hərracın nəticəli haqqında protokolun, bu protokol əsasında bağlanmış alqı-satqı müqaviləsinin və “Yapı Kredi Bank Azərbaycan” QSC-nin Novxanı kəndi 332E saylı ev üzrərində mülkiyyət hüququnu təsdiq edən Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasına dair Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsində iddia qaldırıb.

Məhkəmənin 3 avqust 2018-ci il tarixli qətnaməsi ilə deputatın cavabdehlər Binəqədi rayon İcra şöbəsinə, banka, “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC-yə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi idarəsinə və üçüncü şəxs “Aqroflora” MMC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia təmin edilməyib.

Maraqlıdır ki, Xanhüseyn Kazımlı apellyasiya şikayətində, ona məxsus evin ilkin satış qiyməti kimi müəyyən edilən 700 000,00 manat məbləğin evin real bazar dəyərindən qat-qat aşağı hesablandığını vurğulayıb.

Xatırladaq ki, Millət vəkilinin oğlu Fəxri Kazımov "Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu"nun İdarə Heyətinin sədridir.

635x100

Şərhlər

mehdi 2019-01-22 10:22:54

əslində yazdiginiz kimi dediyiniz kimi deyil.adindaki villanin satmağin ən asan yolu budur.Oğlu Kredit Zəmanət Fondunun sədridir.2 cisi alim kimi alimliyinə söz ola bilməz.Gəlin düz danişaq.

Cahangir 2019-01-22 10:22:54

İdarə olunn,qanunlarişləyən ölkədə belə hal ola bilməz.Bu ....YAP-çıların özbaşınalığı,yuxarıdan mühafizə olunmaları,cinayətləri ( oğurluq,rüşvət.aldatma yolu ilə varlana da cinayət sayılır ) ört basdır etmək.cəzasızlıq mühiti ölkəni uçuruma aparıb..... Yoxsa ölkə,millətin vəziyyəti düzəlməz!

vekil 2019-01-22 10:22:54

coxbilmisin biridir yeqin buna deyibler ki ta besdir get pensianer heyatini yasa cavan deputat olacaq buda baslayib suven qoparir mesaj verir ki bes kreditimi nece qaytaracam...

Vicdan 2019-01-22 10:22:54

Bu da .."diputat". Daha nə söyləyəsən, nə deyəsən? Gör nələr edib, nələrə sahibdir, Niyə bu insanlar özlərini nəfslərindən qorumurlar, özlərini nəfslərinə girov qoyurlar. Niyə/? Axı kimsən sən. Düşünəndə də xalqa lazımsız bir insan olmusan. Allah gözünüzü doyuzdursun.

Sabir Mehdiyev 2019-01-22 10:22:54

400 000 manat krediti o necə və ansı faizə alıb? Axə oun deputat maaşı bu kreditin aylıq ödəməsinə çatmaz.BUnu hansıbank hansı əsaslara görə verib?Bu ipoteka krediti ola ilməz.Yəqin ki, bir və ya üç il müddətinə verilib.Faizi də əgər hamıya verildiyi kimi 28-35 % olubsa o zaman bankdan soruşmaq lazımdır.Buna dərəbəylik və ölkənin idarə olunmadığı dəlalət edir.Belə deputatdan millət nə gözləyə bilər?Ölkəni bir qrup gəlmə YAp=çılar talan edir.

Vətəndaş 2019-01-22 10:22:54

Bu deputat 50 il deputat olsa belə deputat maaşı ilə u villa başa gəlməz! Hansı pulla tikilib.?.Bank oğurluq pula tikilmiş villanı niyə müsadirə edir ki? Gərək yaşadığı evi müsadirə etsin.Villa isə oğurluq,rüşvət,korrupsiya nəticəsində əldə olunan pulla tikildiyindən araşdırılıb qanuni həll olunmalıdır.

G M 2019-01-22 10:22:54

20 ildə yadda qalan 2 təklifi,1 dənə də çıxışı olmayan Deputat. Alış-verişdə, karrupsiyada adları hallanmayınca heç bir Deputat,yaxud da ki məmur gündəmə gəlmir.Bir-birinin bəhsinə çirkli qazanclarını idarə etmədə də çətinlik çəkirlər.İ H Başçısı tanıyıram ki,vurma cədvəlini bilmir.Cümlə qura bilmir.De gəl ki Allahlıq iddiasındadır.

miri 2019-01-22 10:22:54

400min əvəzinə girov qoyulduğu 700min.lik evi əlindən alındısa sevinsinki, borclu qalmayıb. Prezident seçkisi oyununda oynayıb aldığın qonarar dəyərində yaşasaydin, gələn seçkilərdə bir az qazanardin. Hara tələsirdin, yeniazərbaycan kadrosu? İndi yazıq Hafiz sənin də yerinə danışmaq məcburunda qalmalıdır?

Oqtay 2019-01-22 10:22:54

Sosial Müdafiyə Fondu alsın bu evi etsin yetimlər evi

Omar Sherif 2019-01-22 10:22:54

Bankdan aldığını qaytarmayan atanın evladına necə İpoteka fondu kimi səlahiyyətli qurumu etibar ediblər.Bu Xankişi deputat maaşı ilə necə 1 milyonluq villa tikdirib?Bu hələ əmlaklardan biridir.Yani bu ölkədə müxalifəti söymək üçün bu qedermi pul və səlahiyyet verirlər?Ölkəni maşenniklər bürüyüb.

Etibar 2019-01-22 10:22:54

Sadə əhali banklardan krediti illik ən azı 26-27 faiz götürə bildikləri halda, Xanhüseyn Kazımov kimi məmurlar krediti cəmi 12 faizə götürürlər. Bu onu ifadə edir ki, məmurlər vəzifə səlahiyyətlərini şəxsi maraqları üçün istifadə edirlər,Vətəni və xalqı düşünmürlər.

Son yazılar