MEHMAN HÜSEYNOVLA BAĞLI DAHA BİR QƏRAR - "Cinayət işinin icraatına xitam verildi"

Mehman Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verilib. Bu barədə Trend-ə Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən insan hüquq və azadlıqlarına daim xüsusi önəm verilərək bu istiqamətdə ardıcıl və məqsədyönlü islahatlar aparılır.

Bir qrup hüquq müdafiəçisi, eləcə də Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Mehman Hüseynov onun barəsində aparılan istintaqın obyektivliyinin təmin edilməsi üçün dövlət başçısına müraciət etmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər zaman olduğu kimi ədalət və humanizm prinsiplərini önə çəkərək həmin müraciətləri nəzərə almış və cinayət işi üzrə araşdırmanın obyektiv aparılması, ədalətli və humanist qərar qəbul olunması üçün qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlərin görülməsini Azərbaycan Respublikasının Baş prokuroruna tövsiyə etmişdir.

Azərbaycan Respublikasının Prezidentinin tövsiyələrinə uyğun olaraq Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən istintaq orqanına M.Hüseynovun barəsində hazırda istintaq olunan cinayət işi üzrə müvafiq tapşırıqlar verilmişdir.

İstintaq orqanı tərəfindən M.Hüseynovun gənc olduğu, cəza çəkdiyi müddətdə intizam məsuliyyətinə cəlb edilmədiyi, islah olunma yoluna qədəm qoyduğu, ailəsində qayğıya ehtiyacı olan yaşlı və tək yaşayan atasının olduğu, törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmaqla, hazırda onun əməlinin və şəxsiyyətinin cəmiyyət üçün təhlükəli olmadığı nəzərə alınaraq, M.Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verilmişdir.

M.Hüseynov hazırda hər hansı aclıq aksiyası keçirmir, saxlanma şəraiti normal olmaqla, bununla bağlı şikayət və tələbi yoxdur.

Azərbaycan Respublikasının Baş Prokurorluğu şəxsi mənafe və siyasi məqsədləri naminə M.Hüseynovun ətrafında süni ajiotaj yaratmağa cəhd edənlərə, eyni zamanda M.Hüseynov haqqında həqiqətə uyğun olmayan məlumatlar yayan kütləvi informasiya vasitələrinin redaksiyalarına xəbərdarlıq edərək bildirir ki, ölkəmizdə bərqərar olmuş sabitliyin və əmin-amanlığın pozulmasına yönələn istənilən qanunazidd hərəkətlərin qarşısı qanunun aliliyi təmin edilməklə qətiyyətlə alınacaqdır.

635x100

Şərhlər

Ağsaqqal 2019-01-22 10:40:52

,,Sulayıb cürbəcür meydançaları ,Tapdayıb namusu ,qeyrəti ,arı ,Füləyib zurnanı ,çığırdıb tarı ,-YALTAQLIQ YARIŞI KEÇIRIRIK BIZ .,,

Melikmemmed 2019-01-22 10:40:52

Menim her kelmemi teftiw elemek(bawa duwmek,qanmaq)ucun adamda baw olmalidir,oda sende yoxdur.

Müfəttiş 2019-01-22 10:40:52

Doğrudan da, MƏLİKMƏMMƏD.....

veten dashi 2019-01-22 10:40:52

Bu Eynulla ve onun kimilerine catdirin ki Azərbaycan Prezidentinin ona ehtiyaciyoxdu.Bəzi yala hürən simasızlar xalqla prezident arasına girib yaltaqliqlar edirlər .Bu yolla narazı kütləni qıcıqlandırırlar.Bu gün meydana yığılanlar Azərbaycanda başlanan reformaların davamlılıqini istəyənlərdi.Kücə söyüşlərindən qurtarıb sivil parlament mədəniyyəti ilə reformalara kecmək bütün dünyaya xalqımızın 100 illik demokratiya ənənəsini nümayiş etdirmək vaxtıdı.Simasız yaltaqlar cəhənnəm olsunlar.

Melikmemmed 2019-01-22 10:40:52

Cox hormetli Azpolitika!!!!!!

G M 2019-01-22 10:40:52

Guya ki sədaqətlərini sübut eləmək baxımından ``Mehman olaylarının`` təşəbbüskarı olan..Və Dövlətə,Prezidentə qarşı bu kampaniyanın başında duranlar heç xəcalət çəkdilərmi.Nəyə lazım idi karrupsiyanı ifşa edən bir gəncə qarşı bu oyunbazlıq.Milyonları Xalqa qarşı mübarizəyə, Prezidentlə qarşıdurmaya israf etməklə özünə ucuz nüfuz qazanan məmur utanmırmı.

azeri 2019-01-22 10:40:52

ndi bunlardan sorushan olmayacag ki,bu yazigi niye tutmushdunuz?Bu hakimiyyetin,onun dellallarinin ishi lap xiyar meselesine oxshayir...

yengibar 2019-01-22 10:40:52

Çox gözəl!Bəs bu "kaşanı" qaynadanlar necə olacaq?

miri 2019-01-22 10:40:52

Mehman haqq elədiyi azadlığa qovuşur. Bütün siyasi məhbuslarımiza belə gün qismət olsun tezliklə. İNŞƏALLAH.

Semed 2019-01-22 10:40:52

CENAB PREZIDENTIN humanistliyi dider memurlara ornek dersi olmalidir.

Son yazılar