Ukraynada Azərbaycan vətəndaşları həbs olunublar

Ukraynada paytaxt Kiyevin Dneprovskiy rayon polisi Azərbaycan vətəndaşları 1991-ci il təvəllüdlü Əhmədov Ruslan Baxış oğlunu və 1987-ci il təvəllüdlü Səlimov Faiq Orxan oğlunu saxlayıb.

“Report”un Kiyev bürosunun məlumatına görə, rayon məhkəməsi Azərbaycan vətəndaşları barədə 4 aylıq həbs qətimkan tədbiri seçib.

Hər iki azərbaycanlı maşın oğurluğunda ittiham olunsa da onlar ittihamla razılaşmırlar.

Qeyd edək ki, məlumatlara əsasən, son bir ildə Ukraynada 10-dan çox Azərbaycan vətəndaşı həbs olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar