Bu həftə Azərbaycan məktəblərində qış tətili başlayır

Dərc olunub: 22/01/2019 - 12:03

mekteb-novruzBu həftə Azərbaycanın orta məktəblərində qış tətili başlayır. “Report” xəbər verir ki, 2018-2019-cu dərs ilinin 5 günlük tətilinə yanvarın 27-də start veriləcək.
Tətil yanvarın 31-dək davam edəcək. Fevralın 1-də dərs olacaq.
Qeyd edək ki, məktəblərdə dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Dərs ili iki yarımilə bölünür. Birinci yarımil 15 sentyabr – 26 yanvar, ikinci yarımil isə 1 fevral – 14 iyun tarixlərini əhatə edir.
Xatırladaq ki, ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili isə 1-5 may tarixlərini əhatə edəcək.










loading...


Fikrinizi bildirin