“FAO ilə birlikdə 4 layihənin icrasına başlanılması gözlənilir”- İnam Kərimov

“BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanın beynəlxalq sahədə ən mühüm tərəfdaşlarından biridir. Bu qurumla əməkdaşlıq modelimiz FAO-nun digər üzvləri üçün də müsbət nümunə ola bilər”. “Report” xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov FAO ilə Azərbaycan arasında Tərəfdaşlıq Proqramının (FATP) açılış mərasimində bildirib.

Nazir həmçinin deyib ki, hazırda rəhbərlik etdiyi qurum FAO ilə birgə 6 layihənin icrasını davam etdirir, daha 4 layihənin isə icrasına başlanılması gözlənilir.

Bundan başqa, İ.Kərimovun sözlərinə görə, ötən il Azərbaycanda istehsal edilmiş kənd təsərrüfatı məhsullarının həcmi 4,6% artıb, ət və süd məhsulları ilə özünü təmin etmə səviyyəsi 90%-ə çatıb, bütün növ meyvə-tərəvəzlər üzrə təminat göstəricisi 100%-dən çox olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar