“”MEHMAN İŞİ” ZİYALILARI İFŞA ETDİ” – Ekspertdən ziyalılara tənqid

Dərc olunub: 22/01/2019 - 12:29

“”Mehman işi” onu göstərdi ki, ölkədə həqiqətən ziyalı yoxdur”

etibar eliyev

“AzPolitika.info” xəbər verir ki, tanınmış təhsil eksperti Etibar Əliyev “Facebook”da paylaşdığı növbəti statusunda ölkə ziyalılarını tənqid edib. E.Əliyev tənqidlə yanaşı onlara tövsiyyə də verib.

Ekspert yazır: “Prezident İlham Əliyev Mehman Hüseynovun işinin obyektiv araşdırılması barədə müvafiq orqanlara tapşırıq verdi. Bu çox yaxşı haldır. Ancaq “Mehman işi” onu göstərdi ki, ölkədə həqiqətən ziyalı yoxdur. Mehmanın əvəzinə Prezidentə yazıçılar, alimlər müraciət etməli idilər. Ən azında bir gəncin taleyi həll olunurdu. Bizim ziyalılar müraciət etməkdən belə çəkinirlər. Anara, Elçinə, ljepatriot Çingiz Abdullayevə, böyük şair Ramiz Rövşənə, alimlərimizə məsləhət görürəm ki, ötən əsrin əvvəllərinfə Fransada baş vermiş “Dreyfus işini” oxusunlar”.








loading...


Fikrinizi bildirin