Gürcüstan Azərbaycandan 110 mln. dollarlıq neft və neft məhsulları idxal edib

Dərc olunub: 22/01/2019 - 12:15

neft-qaz-benzin-buruq-boru-qaz-borusu-neft-kemeri-kachalka-kachalka-qaz-piltesiÖtən il Gürcüstan Azərbaycandan 109 mln. 971,4 min dollar dəyərində neft və neft məhsulları idxal edib. “Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.
Azərbaycanın qonşu ölkəyə ixrac etdiyi neft və neft məhsullarının ümumi həcmi 181 024,9 ton təşkil edib ki, bu da illik müqayisədə 49 821,4 ton və ya 21,5% azdır.
Qeyd edək ki, 2017-ci ildə Gürcüstan Azərbaycandan ümumi dəyəri 112 mln. 524,5 min dollar olan 230 846,3 ton neft və neft məhsulları idxal edib.








loading...


Fikrinizi bildirin