Ölkədə işsizlərin sayı açıqlanıb - Ən çox işsiz Bakıdadır

Cari ilin yanvar ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 20,1 min nəfər olub, onların 37,2%-ni qadınlar təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, işsizlikdən sığorta ödənişinin orta məbləği 196,0 manat olub.

Məşğulluq xidməti orqanları tərəfindən işsiz statusu verilən şəxslərin bölgələr üzrə sayına gəlincə, paytaxt Bakı bu siyahıda birincidir. Belə ki, Bakıda işsiz statusu olan şəxslərin sayı 9 243-dür.

Daha sonra Aran iqtisadi rayonu üzrə 221, Abşeron iqtisadi rayonu üzrə 1 761, Gəncə-Qazax iqtisadi rayonu üzrə 1 326, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə 1 185, Lənkəran iqtisadi rayonu üzrə isə 896 nəfər işsiz statusu olan şəxslərdir. /finans.az

635x100

Şərhlər

İqtisadçı 2019-01-22 15:01:10

Yanlış məlumatdır.Rəsmi qeydiyyata götürülməyənlərin satyı qeydiyyata götürülənlərdən 15-20 dəfə çoxdur.Rayonlarda isəbu fərq 50-60 dəfə və daha artıqır.Məlumatda qeyd olunan rəqəmlərlə hətta Prezidenti də aldadırsınız. Statistika Komitəsindən nəməqsədlə araşdırılmamış yalan məlumatlar verilir?

Etibar 2019-01-22 15:01:10

Həddindən artıq gülünc statistikadır.İş qabiliyyətli əhalinin ən azı 1 000 000-nu işsizlik ucbatından xaricdə qastrobayterlik edir.Bundan əlavə vətəndaşlar işsiz kimi uçota düşməyi də əhəmiyyətsiz sayır və ona görə də məşğulluq idarələrində qeydiyyata düşmürlər.Ümumən isə, ölkədə işsizlik ən azı 20 faizdir və hakimiyyət bu rəqəmin cəmi 5 faiz olması barədə verdiyi bəyanala özünü biabır edir.Avropa ölkələrində işsizlik 10-11 faiz olduqda normal qəbul edilir.

Son yazılar