Meriya 20 oktyabr mitinqinə razılıq vermək istəmir

“Demokratik Qüvvələrin Milli Şurasından Bakı Şəhər İcra Hakimiyyətinə heç bir müraciət daxil olmayıb”. Bunu APA-ya Bakı Şəhər İcra Hakimiyyətin (BŞİH) ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov deyib.

Z. Ramazanov əlavə edib ki, Milli Şuradan mitinqin keçirilməsi ilə bağlı bu saata qədər BŞİH-yə heç bir müraciət edilməyib: “İcra hakimiyyətinin ümumi şöbəsinə ümumiyyətlə həmin qurumdan hər hansı müraciət daxil olmayıb”.

Milli Şura isə 14 oktyabr 2013-cü il tarixdə BŞİH-ə ünvanladığı məktubunun mətnini və məktubun poçt vasitəsilə göndərilməsini təqdiqləyən qəbzin surətini ictimaiyyətə açıqlayıb. Məktubda deyilir:

“Bakı şəhər İcra Hakimiyyətinin başçısı cənab H. Abutalıbova

Hörmətli cənab!

“Demokratik Qüvvələrin Milli Şurası” təşəbbüs qrupu Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinə, “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa və Seçki Məcəlləsinə uyğun olaraq, 20 oktyabr 2013-cü il tarixdə saat 1600-dən 1800-dək Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3155-ci məhəllədə yerləşən Yasamal Rayon İdman Sağlamlıq Kompleksinin stadionunda 09 oktyabr 2013-cü il tarixli Azərbaycan Respublikası Prezidenti seçkilərində prezidentliyə namizəd kimi iştirak edən Həsənli Cəmil Poladxan oğlunun seçkilərin nəticələri ilə əlaqədar seçicilərlə görüşü keçiriləcəkdir.

“Azad seçki!”, “Hakimiyyətin mənbəyi xalqdır!” və seçkilərlə bağlı digər şüarlarla keçiriləcək görüşdə 10 (on) min nəfərin iştirakı gözlənilir.

“Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa və Seçki Məcəlləsinə əsasən məktubumuzu müzakirə edərək, görüşün keçirilməzinə ən azı 3 iş günü qalanadək təşkilatçılara məlumat verməyinizi xahiş edirik.

Görüşün təşkilatçıları qeydə alınmış namizəd Cəmil Həsənlinin səlahiyyətli nümayəndələri:

14 oktyabr 2013-cü il”.

Məktubun göndərildiyini təsdiqləyən qəbz:

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar