“Əminəm ki, “ASAN İmza”nın qiymətinə yenidən baxılacaq” - Ələkbər Məmmədov

“Statistika göstərir ki, 2018-ci ildə Azərbaycanda "ASAN İmza" (mobil imza) alanların sayı 2,5 dəfə artıb".

“Report” xəbər verir ki, bunu Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov deyib.

"Azərbaycanda MMC-lərin ilkin qeydiyyatı “ASAN imza”ya ehtiyac olmadan FİN kod vasitəsi ilə aparılacaq. Sonrakı mərhələlərdə isə rahatlıq üçün "ASAN İmza" lazımdır. Mobil imzadan istifadə edənlərin sayı artdıqca əminəm ki, onun qiymətinə yenidən baxılacaq. Amma bu məsələ nazirliyin səlahiyyətində deyil”, - deyə o, qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar