“Topaz Investment” “Nikoil Bank”dakı payını 96%-ə çatdırıb

“Nikoil Bank” ASC-nin səhmdarlarının pay bölgüsü dəyişib.

“Report” xəbər verir ki, bu, Bankın nizamnamə kapitalının 52 mln. manat və yaxud 17,6% artırılaraq 296 mln. manatdan 348 mln. manata çatdırılmasından sonra baş verib.

Kapital artımı üçün “Nikoil Bank”ın dövriyyəyə buraxdığı, hər birinin nominal dəyəri 2 manat olan 26 mln. ədəd yeni səhmi Bankın əsas səhmdarı – “Topaz Investment” QSC əldə edib. Bununla da, şirkətin “Nikoyl Bank”dakı payı 94,92%-dən 95,68%-ə yüksəlib.

Əvəzində digər səhmdarların Bankdakı payı azalıb. Belə ki, Marina Kulişovanın payı 4,96%-dən 4,22%-ə, “İSR Holdinq” MMC-nin payı isə 0,12%-dən 0,1%-ə düşüb.

Xatırladaq ki, “Nikoil Bank” 1994-cü ildən fəaliyyət göstərən "Ülpər" kommersiya bankının bazasında 2002-ci ildə yaradılıb.

“Nikoil Bank”ın səhmdarlarının pay bölgüsü
Səhmdarlar Əvvəl İndi
Məbləğ (mln. manatla) Faiz nisbəti Məbləğ (mln. manatla) Faiz nisbəti
“Topaz Investment” QSC 280,958 94,92% 332,958 95,68%
Marina Kulişova 14,697 4,96% 14,697 4,22%
“İSR Holdinq” MMC 0,345 0,12% 0,345 0,10%
Cəmi 296,000 100,00% 348,000 100,00%

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar