Rusiyada axtarışda olan azərbaycanlı Qazaxıstanda saxlanılıb

Dərc olunub: 22/01/2019 - 17:36

6d7631c1-1d1a-4f4e-a316-3abc1516e2a4Rusiyada axtarışda olan azərbaycanlı, 1978-ci il təvəllüdlü Əliyev Nuru Baxşı oğlu Qazaxıstanın Pavlador şəhərində saxlanılıb.

“Report”un Qazaxıstan bürosunun verdiyi məlumata görə, saxlanılan azərbaycanlı quldurluq və oğurluq cinayətlərini törədən mütəşəkkil dəstənin üzvü olması ilə ittiham olunur.

Onunla bərabər digər azərbaycanlının da axtarışı elan olunub. Saxlanılan azərbaycanlının Rusiya hüquq mühafizə orqanlarına təhfil verilməsi nəzərdə tutulub.










loading...


Fikrinizi bildirin