Əli Abdalov Mehman Hüseynovla barışıb - VİDEO+FOTOLAR

Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsinin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Əli Abdalov həbsdə olan bloqqer Mehman Hüseynovla barışıb.

“Report” xəbər verir ki, bununla bağlı videoda Ə.Abdalov və M.Hüseynov arasında səmimi söhbət aparıldığı görünür.

Xatırladaq ki, M.Hüseynov 2017-ci ilin martın 3-dən həbsdədir. O, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Qərar Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında etdiyi şikayət əsasında çıxarılıb. Bloqqer Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham olunub.

Ötən il dekabrın dekabrın 26-da isə Penitensiar Xidmət açıqlama yayaraq bildirib ki, 14 saylı cəzaçəkmə müəssisəsində plan üzrə aparılan növbəti ümumi axtarış-baxış tədbirləri zamanı məhkum Hüseynov Mehman Rafiq oğlu müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Abdalov Əli Ələddin oğlunun qanuni tələblərinə tabe olmayaraq ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib, xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb. Bu faktla bağlı Bakı şəhəri Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) ilə cinayət işi başlanmışdı.

Bir qrup hüquq müdafiəçisi, eləcə də Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Mehman Hüseynov onun barəsində aparılan istintaqın obyektivliyinin təmin edilməsi üçün dövlət başçısına müraciət edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zaman olduğu kimi ədalət və humanizm prinsiplərini önə çəkərək həmin müraciətləri nəzərə alıb və cinayət işi üzrə araşdırmanın obyektiv aparılması, ədalətli və humanist qərar qəbul olunması üçün qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlərin görülməsini Azərbaycan Respublikasının Baş prokuroruna tövsiyə edib. Azərbaycan Respublikasının Prezidentinin tövsiyələrinə uyğun olaraq Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən istintaq orqanına M.Hüseynovun barəsində hazırda istintaq olunan cinayət işi üzrə müvafiq tapşırıqlar verilib. İstintaq orqanı tərəfindən M.Hüseynovun gənc olduğu, cəza çəkdiyi müddətdə intizam məsuliyyətinə cəlb edilmədiyi, islah olunma yoluna qədəm qoyduğu, ailəsində qayğıya ehtiyacı olan yaşlı və tək yaşayan atasının olduğu, törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmaqla, hazırda onun əməlinin və şəxsiyyətinin cəmiyyət üçün təhlükəli olmadığı nəzərə alınaraq, M.Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verilib.

[gallery columns="5" size="full" ids="484183,484184,484185,484186,484187,484188,484189,484190,484191,484192"]

635x100

Şərhlər

seda 2019-01-22 19:23:55

elbetki komp qehremanlari Mehmani beyenmez)

yusif 2019-01-22 19:23:55

mehman bu oyunu tekbasin oynamadi-gorunur ondan istifade edib prezidente qarsi bezi qara quvveler birlesmek istedi. bu quvveler arasinda hakimiyyetde olanlar coxluq teskil edirler. a

mat- məhəttəl 2019-01-22 19:23:55

Heç nə anlamadım,bu vaxtacan şou imiş?Mehman heç de aclıq keçirənə oxşamadı və eyni zamanda heç döydüyünün yanında çelimsiz de deyilmiş,əksinə.

t.ədalət 2019-01-22 19:23:55

Abdalov,görəsən kimi şərləməyə hazırlaşır?Neyləsin,çörəyi böhtanlamadan çıxır..Beləsinin cəzası qalıb Allaha.

sual 2019-01-22 19:23:55

Turklədə gözəl bir söz var ya aptallll....

Ab dalova 2019-01-22 19:23:55

Adın nədir? Daşdəmir. Deyir yumşalarsan. Mütləq məsələyə AŞPA, Prezdent qatışmalıydıki məsələ həll olunsun?

Nara 2019-01-22 19:23:55

Ay Abdal ozunu biabr eledin omurluk atdigin sherle. Ele ailen, ovladin dagetdi, mence koc afrika dovletlerinden birine. Ad, familyani da deyish, usagina gore deyirem, yaziqdi

Mirzə AĞ 2019-01-22 19:23:55

Bu məxluqun sifətindən "nur" yağır, yahu!

talis 2019-01-22 19:23:55

İnşallah bu yaxınlarda kivrə olarlar.

Yengibar 2019-01-22 19:23:55

Bu kadrlara görə Mehmanın günahkar olduğu qənaətinə gəlmək olar. Məhsul stadionu milləti bağışlar.

Seyid 2019-01-22 19:23:55

Allah şeytana lənət eləsin. Amin. Deyəsən şeytanlıq edənlər də çox uzağda deyildilər. Elə Mehmanın ətrafında dolaşırdılar. “Torbasın” tikəndə şeytan heç yada düşmürdü.

Son yazılar