Sabah bu ərazilərdə qaz olmayacaq

Dərc olunub: 22/01/2019 - 19:44

gas_closed_150818Sabah Bakının bir sıra yerlərində qaz təchizatında məhdudiyyət olacaq.

“Azəriqaz” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, Nizami rayonu, Mikayıl Əliyev küçəsi 525-ci məhəllə ünvanında mövcud diametri 219 mm-lik qaz xətti ləğv edilir, yeni çəkilmiş diametri 108 mm-lik qaz xətti müvcud şəbəkəyə qoşulur, Suraxanı rayonu ərazisində qaz tənzimləyici quraşdırılır, Səbail rayonu, Salyan şossesində (jurnalistlərin binasının yanı) isə yeraltı diametri 159 mm-lik qaz xəttinin korroziyaya uğramış hissəsi yeni çəkilmiş qaz xətti ilə əvəz edilir.

Bununla əlaqədar, sabah saat 10:00-dan təmir işləri tamamlananadək Nizami rayonu, Qara Qarayev E.Süleymanov, B.Nuriyev, Naxçıvanski, Rüstəmov, A.Manafov, Nəvai küçələrində, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin şərq hissəsi və Əmircan qəsəbəsində, eləcə də Səbail rayonu, 20-ci sahə yaşayış massivi və Badamdar qəsəbəsi ərazisinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Görülən zəruri təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.

Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.








loading...


Fikrinizi bildirin