Yaqland azərbaycanlı məcburi köçkünlərin məsələsinin həll edilməməsini pisləyib
Baxiş sayı:
Dərc olunub:
22/01/2019 - 21:21
Avropa Şurasının baş katibi Torbyorn Yaqland Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında çıxışı zamanı Ermənistanın işğalı altındakı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayondan olan azərbaycanlı məcburi köçkünlərin məsələsinin fövqəladə ciddi olduğunu bildirib.
“Report“un Qərbi Avropa bürosu xəbər verir ki, T.Yaqland Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü, deputat Rafael Hüseynovun Azərbaycanın işğal olunmuş ərazilərindən bir milyon məcburi köçkünün məsələsinə dair sualına cavab olaraq bu məsələnin bu günə kimi həll edilməməsini pisləyib.
O bildirib ki, azərbaycanlı məcburi köçkünlərin hələ də öz doğma yurd-yuvalarına qayıtmaması təəssüf doğurur.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.