ƏLİYEVLƏ PAŞİNYAN ARASINDA GÖRÜŞ OLUB – Foto + VIDEO (Yenilənib)

Dərc olunub: 23/01/2019 - 09:59

6a5ab932-fd51-49ed-939c-adbc56d4f615Yanvarın 22-də Davos Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın qeyri-rəsmi görüşü olub.

“AzPolitika” AZƏRTAC-a istinadla xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinin cari vəziyyəti müzakirə edilib.

Erməni KİV-ləri ötən gün Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutmuş qeyri-formal görüşə dair qısa videogörüntüləri yayıb. Kadrlara əsasən görüş Dünya İqtisadi Forumunun keçirildiyi binanın otaqlarından birində baş tutur. Qeyri-formal müzakirələrin təfərrüatları məlum deyil.

Nikol Paşinyan özünün Facebook səhifəsində görüşün saat yarım çəkdiyini və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarının müzakirə olunduğunu yazıb.

 

***

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün yanvarın 22-də Davosda Azərbaycan prezidenti ilə görüşəcəyini açıqlayıb. Virtualaz.org xəbər verir ki, Paşinyan bu haqda “RİA Novosti”yə açıqlamasında deyib.

“Bəli, qeyri-formal görüş planlaşdırılır”, – Paşinyan jurnalistin Azərbaycan prezidenti ilə görüşüb-görüşməyəcəyinə dair sualına cavab olaraq deyib.

Bundan əvvəl Paşinyan mətbuat konfransında Azərbaycan prezidenti ilə nə zaman görüşəcəyi haqda suala belə cavab vermişdi: “Çox tezliklə”.

Öz növbəsində Azərbaycan prezidenti İlham Əliyev “RİA Novosti” agentliyinə açıqlamasında Ermənistanla rəhbərliyi ilə tamformatlı danışıqların hələ baş tutmadığını, amma “bir neçə faydalı görüş olduğunu” bildirib. Onun sözlərinə görə, MDB sammitində baş tutan bu görüşlər tərəflərin Qarabağ münaqişəsinin nizamlanmasına dair mövqeyinin müəyyən edilməsi və danışıqların fəallaşdırılması baxımından faydalı olub.








loading...


Fikrinizi bildirin