Bolt futboldan getdi

Yüngül atletika üzrə səkkiz dəfə olimpiya çempionu, məşhur sprinter Useyn Bolt futbolçu karyerasını başa vurub.

Qol.az-ın xarici KİV-lərə istinadla yaydığı xəbərə görə, bu barədə o, özü məlumat verib. Avstraliyanın A liqasında mübarizə aparan "Sentral Kost Mariners" komandası ilə yoxlama oyununda qollar vuran Bolt peşəkar müqavilə imzalamaq üçün yaxşı təkliflər almadığı üçün bu qərarı verdiyini bildirib: "Bu, yaxşı təcrübə idi. Mən həqiqətən futbol oynamağı xoşlayırdım. Bu, yüngül atletikadan fərqlənirdi".

Qeyd edək ki, ötən ilin avqust ayından bəri komanda ilə məşqlərə çıxan və hazırlıq oyununda iki qol vuran yamaykalı idmançı maliyyə məsələsində Avstraliya təmsilçisi ilə razılaşmadığı üçün noyabrda klubdan ayrılmışdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar