Ağdaşda avtomobil yaşlı qadını vurub

Ağdaşda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə rayon mərkəzində, “Ağsaray” şadlıq sarayının qarşısında baş verib.

Belə ki, “VAZ-21-06” markalı avtomobil 1937-ci il təvəllüdlü rayon sakini Soltanova Şərqiyə Nəsir qızını vuraraq, ona xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib. Onun durumunun qənaətbəxş olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar