ABŞ-da müsəlmanlara hücum planlaşdıran qruplaşma üzvləri həbs edilib – VİDEO – FOTO

Dərc olunub: 23/01/2019 - 01:10

e11d9ccc-da09-4ad6-ba74-84ecc4591b75ABŞ-da müsəlmanların yaşadığı qəsəbəyə hücum planlaşdıran qruplaşma üzvləri həbs edilib.Bu barədə “Report” WHEC telekanalına istinadən xəbər verir.

Telekanalın məlumatına görə, onlar Roçester şəhərində həbs olunublar. Saxlanılanlar 18-20 yaşlarında üç kişi 16 yaşlı gəncdir. Onlar müsəlmanların yaşadığı, Nyu-York ştatındakı İslamberq qəsəbəsinə hücum hazırlığında ittiham edilirlər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları axtarışlar zamanı şübhəli şəxslərdə bir neçə əldəqayırma partlayıcı qurğu aşkarlayıb. Həbs edilənlərə qarşı sui-qəsd və silah saxlama maddələri üzrə ittihamlar irəli sürülüb.








loading...


Fikrinizi bildirin