Kerç boğazında gəmilərdə yanğın zamanı Türkiyənin 4 vətəndaşı həlak olub

Dərc olunub: 23/01/2019 - 08:30

kercKerç boğazında iki gəmidə baş verən yanğın zamanı Türkiyənin dörd vətəndaşı həlak olub.

“Report” RİA “Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir.

Qeyd olunur ki, hadisə zamanı Türkiyənin 8 vətəndaşı xilas edilib, daha 4 nəfər itkin düşüb.

Xatırladaq ki, Tanzaniya bayrağı altına üzən “Kandi” və “Maestro” gəmilərində yanğın olub. İlkin məlumata görə, hadisə yanacağın gəmilərin birindən digərinə ötürülməsi zamanı baş verib.

Hadisə zamanı hər iki gəmidə 32 nəfər olub. Onlardan 10-u itkin düşüb. Xilas edilmiş dənizçilər Kerç limanına çatdırılıblar.

Daha əvvəl bildirilirdi ki, Kerç boğazında Tanzaniya bayrağı altında üzən iki gəmidə baş vermiş yanğın nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.








loading...


Fikrinizi bildirin