Şatdaun FTB agentlərinin antiterror əməliyyatları aparmasına mane olur

Dərc olunub: 23/01/2019 - 11:37

7bfd9ecb-9702-47a0-85e5-0d7d5d6a0260ABŞ-da hökumətin işinin qismən dayandırılması Federal Təhqiqatlar Bürosunun (FTB) agentlərinin işinə mane olur.

“Report” “Kommersant”a istinadən xəbər verir ki, FTB agentləri Assosiasiyasının hesabatında şatdaunun bütün dünya üzrə antiterror və əks-kəşfiyyat əməliyyatları aparılmasına maneə törətdiyi vurğulanır.

Qeyd olunur ki, FTB əməkdaşları ödəniş həyata keçirilmədiyindən məlumatvericilər və tərcüməçilərlə işdə çətinlik çəkirlər.

FTB-nin 13 min xüsusi agentinin əksəriyyəti ödənişsiz işləməyə davam etmək məcburiyyətindədir.








loading...


Fikrinizi bildirin