Transmilli şirkətlər Londonu Amsterdama dəyişir

Dərc olunub: 23/01/2019 - 12:43

89928135-d20a-4aa9-9e17-22d6b5cd7809Yaponiyanın texnologiya nəhəngi “Sony” korporasiyası Böyük Britaniyanın paytaxtı Londonda yerləşən və Avropa ölkələri üçün regional mərkəz sayılan ofisini bağlayır.

“Report” türk mətbuatına istinadən xəbər verir ki, bundan sonra ofis Niderlandın paytaxtı Amsterdamda fəaliyyət göstərəcək.

Bununla belə, bu dəyişiklik “Sony”nin İngiltərə bazarındakı əməliyyatlarına təsir etməyəcək. Ofisin köçürülməsi Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsindən (“Brexit”) sonra yarana biləcək çətinliklərlə izah olunur.

“Sony” “Brexit”lə əlaqədar Londonu Amsterdama dəyişən ilk transmilli şirkət deyil. Bundan əvvəl Yaponiyanın məişət texnikası və elektrik malları istehsalçısı “Panasonic” şirkəti də oxşar addım atıb.








loading...


Fikrinizi bildirin