Rusiyanın maliyyə bazarına yeni alət çıxarılıb

Dərc olunub: 23/01/2019 - 12:55

be45f3a7-c72d-41cb-a1b5-fc62bb222635Rusiyanın “MSP Bank”ı Moskva birjasında kiçik və orta sahibkarlıq subyektlərinə verdiyi kredit portfeli ilə təmin olunmuş xüsusi istiqarazlar yerləşdirib.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu, qiymətli kağızlar buraxmaqla müəyyən aktivlərin maliyyələşdirilməsi mexanizmi sayılır və ölkədə ilk təcrübədir.

“Bank olaraq biznesin maliyyələşdirilməsi üçün fond bazarından vəsait əldə etmək məqsədi ilə yeni imkanlar yaratdıq. Bu yolla azı 10 mlrd. rubl vəsait edəcəyimizi planlaşdırırıq”,- deyə “PSP Bank” bəyan edib.

Hələlik isə Bankın dövriyyəyə buraxdığı istiqrazların ümumi dəyəri 7 mlrd. rubl, onların illik faiz dərəcəsi isə 9,1%-dir. Qiymətli kağızlar Dünya Bankının məsləhəti ilə satışa çıxarılıb.








loading...


Fikrinizi bildirin