Pakistanda qırıcı təyyarə qəzaya uğrayıb – Pilot ölüb

Dərc olunub: 23/01/2019 - 14:21

148f197f-1c9c-44f0-8058-a7e58b7c3e24Pakistan Silahlı Qüvvələrinə məxsus çoxməqsədli “F-7PG” tipli qırıcı ölkənin cənub-qərbində yerləşən Bəlucistan əyatlətində qəzaya uğrayıb.

“Report” “Daily Pakistan”a istinadən xəbər verir ki, nəticədə pilot ölüb.

Təyyarə təlim-məşq uçuşu keçirirmiş.

Qəzanın dəqiq səbəbi hələ məlum deyil. Hadisə yerində araşdırma aparılır.








loading...


Fikrinizi bildirin