İranın İraqla sərhəd bölgəsində neft yatağı kəşf edilib

Dərc olunub: 23/01/2019 - 15:28

oilman_190913İranın Abadan şəhəri yaxınlığında – İraq sərhədinə yaxın bölgədə neft yatağı kəşf edilib.

“Report” “Mehr”ə istinadən xəbər verir ki, bu barədə İranın neft naziri Bijan Namdar Zəngənə bildirib.

“Abadan yaxınlığında ilk dəfədir neftli laylara çata bildik”, – deyən nazir yüngül neftin 3750 metr dərinlikdə aşkarlandığını diqqətə çatdırıb.

Xatırladaq ki, Abadanda dünyanın ən iri neftayırma müəssisəsi fəaliyyət göstərir. Şəhərin aid olduğu Xuzistan ostanı İranın neftlə ən zəngin bölgələrindəndir.








loading...


Fikrinizi bildirin