Əvəz Zeynallıya qarşı iddia ərizəsi icraata qəbul olunmayıb 

YAP Ağsaqqallar Şurasının üzvü, ADPU-nun müəllimi Miri Həsənovun jurnalist Əvəz Zeynallıya qarşı iddia ərizəsi məhkəmə tərəfindən rədd olunub.

"AzPolitika.info"nun məlumatına görə, iddia ərizəsinə bu gün saat 15:00-da Nərimanov Rayon Məhkəməsində qiymət verilib. Hakim iddianın icraata qəbul olunmaması haqda qərar çıxarıb.

Ə.Zeynallı bildirib ki, Miri Həsənov tərəfindən məhkəməyə çox qeyri-ciddi bir əsasla verilib. "İddia bundan ibarətdir ki, jurnalist M. Həsənovun xəbəri olmadan onun portretini internetdə yayıb, bu isə oğurluqdur və oğurluq da cinayət tərkiblidir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar