BİR QƏZET, BİR MƏQALƏ VƏ ÜÇ DEPUTAT – Sabiq deputat biabırçı saxtakarlığın üstünü açıb

Sabiq deputat, “Yeni Azərbaycan” qəzetinin keçmiş baş redaktoru Alqış Həsənoğlu sosial şəbəkədə Azərbaycan qəzetlərindən birinin maraqlı saxtakarlığı haqda status paylaşıb.

“AzPolitika.info”nun məlumatına görə, keçmiş baş redaktor eyni məqalənin son bir ildə 6 aylıq fasilələrlə 3 deputatın imzasıyla dərc olunduğunu bildirib.

A.Həsənoğlu yazır: “Sosial şəbəkələr yazılı mətbuatı sıxışdırır. Bu, başadüşüləndir. Amma heç kim məsuliyyət hissini itirməməli və bundan sui-istifadə etməməlidir...

Bu o demək deyildir ki, heç kim qəzet oxumur.

Nə ilə rastlaşsam yaxşıdır?

Bir il əvvəl qəzetlərin birində bir millət vəkilinin imzasıyla dərc olunmuş məqalə 6 ay əvvəl elə həmin qəzetdə başqa bir millət vəkilinin, bir neçə gün bundan əvvəl isə yenə həmin qəzetdə başqa bir millət vəkilinin imzasıyla dərc olunub...

Biabırçılıqdır!”

Bu biabırçılığı edən hansı qəzetdir və saxtakarlığa şərik olan deputatlar kimlərdir?

Suala cavab tapmağa çalışırıq...

V.Nəsibov

635x100

Şərhlər

Alqış Həsənova 2019-01-23 20:03:07

Bu yazının nə başıvar nə ayağı.Kİmdən,nədən bəhs etmək düşündüyün bəllo olmur.Bunu yazmaqda məqsədin milləti avam hesab etmək deyil? Yazıda bir dənə də olsa fakt yox,ümumi sözlər,boş fərziyyələr.Mətbuata gedən yazı konkret olmalı,tapmaca xarakterli olmamalıdır.Göstərməkdən qorxursansa yazma.Səndən tələb edən ar?Onsuz da partiyanızın (YAP ) süni olduğu,üzvlərinizin vəzifə tutanlarının oğru və talançı olduğu məşhuri cahandır.Heç olmasa səsiniz çıxması

Mirzə AĞ 2019-01-23 20:03:07

Böyük ehtimalla, KİV -ə DD fondunun pul ayırdığı qəzetlrdən biridir...

Elçin 2019-01-23 20:03:07

,,RESPUBLİKA,, ,YENİ AZƏRBAYCAN,,XALQ QƏZTİ,,. ..

NURəddin 2019-01-23 20:03:07

NƏ BÖYÜK SAXTAKARLIĞIN ÜSTÜNÜ AÇIB E BU JURNALİST? BUNA NƏ QƏDƏR ZAMAN,ENERJİ,PEŞƏ TƏCRÜBƏSİ SƏRF EDİB. HƏYATINI RİSK ALTINA QOYUB. ARAŞDIRMALAR APARIB.CİNAYƏTKARLARI İFŞA EDİB.MİLLİ MƏTBUATIN MÜASİR MƏRHƏLƏSİNƏ MİSİLSİZ TÖHFƏLƏR VERİB.BELƏ NƏHƏNG JURNALİSTLƏRİN SƏNƏTDƏ YÜKSƏLDİYİ ZİRVƏLƏRƏ BAXANDA ADAMIN BAŞI GİCƏLLƏNİR.TÜKLƏRİ BİZ-BİZ OLUR. BURNUNDAN QAN FIŞQIRIR. MƏN HƏLƏ BU NƏHƏNGLİKDƏ SƏNƏT FƏDAİSİ GÖRMƏMİŞDİM.

NURəddin 2019-01-23 20:03:07

BU ADAM GÖRÜN NƏYƏ TƏƏCCÜBLƏNİR. HA HA HA. ALƏ, BUNUN CÜMLƏ-CƏMİYYƏTDƏN XƏBƏRİ YOXMUŞ Kİ.NƏ VAR,NƏ VAR 1 MƏQALƏNİ MÜXTƏLİF ZAMANLARDA AYRI-AYRI DEPUTATLAR OĞURLAYIB ÖZ ADLARINA DƏRC ETDİRİBLƏR.YA DA Kİ,HANSISA REDAKTOR KİMİNSƏ MÜƏLLİFLİK HÜQUNU QAPAZLAYIB BAŞQASINA PEŞKƏŞ EDİB.BU BİABIRÇILIQ ZAD DEYİL.TAM NORMAL HALDIR.BİZ BELƏ YAŞAYIRIQ VƏ BELƏ QƏBUL EDİRİK.BƏYƏNMİRSƏN KÖÇ HARA İSTƏYİRSƏN GET.BİZDƏ BELƏYİK.HƏR ŞEY ƏLADIR.KEFİMİZ KÖKDÜR.PULUMUZ ÇOXDUR.İŞSİZİMİZ YOXDUR.CƏMİYYƏTƏ ADAPTASİYA OLA BİLMİRSƏNSƏ

Əhməd 2019-01-23 20:03:07

Bu YAPçılar biri birinin ayağını basmaz həmişə xəlvədən iş görərlər .Tapmısan ... deyəsə hansı qəzet hansı jurnalist bizim bu savadsız deputatlara eyni malı üç dəfə satıblar Yoxsa qorxursan ki Mehman kimi düz danışarsan.........

jurnalist 2019-01-23 20:03:07

oxu atıb yayı gizlətmək nə deməkdir? Bu da yeni metoddur? Qorxursansa otur yerində,qımıldanma!

EJDER 2019-01-23 20:03:07

BRAVO,BUHA GORE SENE DUWUR ALQIW,SAROKOZI CANI.BU MEMLEKETDE HEC KIM,HEC KIMIN KITABINI OXUMURSA,QEZETINI HARADAN OXUYAJAQ...KEYF ELE,ANALOQU OLMAYAN INKIWAFIMIZDAN YAZ

G M 2019-01-23 20:03:07

Burda qeyri adi bir şey yoxdur.Dövlət qəzet və jurnallarında bəzən elə yazı dərc edilir ki ,müəllifin xəbəri olmur.Çapdan çıxandan sınra 10-15 nüsğə alır 100-150 manat pul verir.Yaxud da jurnalistə mövzu və arasında ``zəhmət haqqı`` verilir.Elmi işlər də onun kimi.Məmurların ``prafessorluq`` dsertasiyalarının müəllifləri ya jurnalistlər,ya da adi yazı-pozu`` adamlarıdır.Son illərdə bu adi bir hala çevirilib.

yengibar 2019-01-23 20:03:07

Ya "Azərbaycan" qəzetidir, ya da "Xalq qəzeti"...

Bezobraziya mewdibadski 2019-01-23 20:03:07

Delil-subut hani? Belke yalan deyirsen? Hm, hemin deputatlara ismaricdi buuu...

Son yazılar