Serj Sarqsyanın qardaşı oğlunun ekstradisiyası ilə bağlı Praqaya sorğu göndərilib

Praqa Şəhər Prokurorluğuna Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın qardaşı oğlu Narek Sarqsyanın təhvil verilməsi barədə sorğu gəlib.

“Report” “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə prokurorluğun sözçüsü Aleş Tsimbala məlumat verib.

Onun sözlərinə görə, müvafiq sənədlər araşdırıldıqdan sonra ekstradisiyanın mümkün və ya qeyri-mümkünlüyünə dair təklif verə biləcəklər.

Çex Respublikası qanunlarına görə, əcnəbilərin ekstradisiyasına dair qəti qərar vermək səlahiyyəti ədliyyə nazirinə məxsusdur.

Qeyd edək ki, Praqada ötən il dekabrın 7-də saxlanılan 31 yaşlı N.Sarqisyana qarşı vətənində narkotik dövriyyəsi, qanunsuz silah saxlamaq, işgəncə vermək ittihamları irəli sürülüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar