NATO-nun baş katibi Cənubi Qafqaza gəlir

NATO-nun baş katibi Yens Stoltenberq bu ilin martında Gürcüstana səfər edəcək.

Bu barədə baş katib Gürcüstan prezidenti Salome Zurabişvili ilə Brüsseldə keçirdiyi birgə mətbuat konfransında bildirib.

Baş katib deyib ki, səfərin məqsədi Gürcüstan hökuməti və liderləri ilə tərəfdaşlıq barədə müzakirə aparmaqdır: “Mən həmçinin NATO təlimlərinə də baş çəkəcəyəm. Bizim məqsədimiz tərəfdaşlığın daha da möhkəmləndirilməsidir”.

Gürcüstanın NATO-ya üzv qəbul olunmasına gəlincə, Y.Stoltenberq qeyd edib ki, bu məsələ ilə bağlı həm Gürcüstan, həm də Alyans qərar verməlidir: “Bu prosesə kiminsə müdaxilə etmək hüququ yoxdur. Biz Rusiya kimi böyük ölkələrin öz maraqlarını qurmağına heç zaman yol verməyəcəyik. Onların bu məsələlərlə bağlı qərar qəbul etmək hüquqları olmayacaq”.(“Report”)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar